Yuxarı

​Səbail məktəblilərinin Sağlamlıq Forumu keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi məktəblilərin tibbi müayinələrini təşkil edəcək

Bakı. 20 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi bu gün Səbail rayonunda növbəti “Məktəblilərin Sağlamlıq Forumu”nu təşkil edib.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi forumda rayonun yüzlərlə məktəblisi iştirak edib.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun rəsmi açılışı zamanı sağlam cəmiyyətin qurulmasında sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətini qeyd edərək, bu işdə hər bir şəxsin vətəndaş məsuliyyəti olduğunu bildirib. O, məktəblilərin fiziki və düşüncə olaraq sağlam inkluziv cəmiyyətdə əlilliyi olan şəxslər ilə birgə təhsilin töfhəsindən danışaraq, bu təhsil vasitəsilə sağlamlıq imkanları məhdud şəxslərı zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla, ailə həyatına hazırlanmasını təmin etməklə sağlam cəmiyyət qurmağın mümkünlüyünü qeyd edib.

Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov çıxış edərək, bu Forumda Səbail rayonunun bütün məktəblərinin iştirakının önəmindən danışaraq, bu işlər mütəmadi davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Rəsmi açılış bitdikdən sonra, Forumda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ekspertlərinin məruzələri dinlənilib. Forumda narkomaniya,tütün və zərərli vərdişlər,məişət zorakılığı haqqında təqdimatlar keçirilib, məktəbliləri maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırılıb.

Forum çərçivəsində, məktəblilərə sağlamlığın qorunmasına dair maarifləndirici materiallar paylanmış, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən sabah məktəblilərin tibbi müayinələri təşkil olunacaq.

Qeyd edək ki, forumlar Bakı şəhərinin 7 rayonunda həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi