İyunda Azərbaycanda çalışan müəllimlərin yerdəyişmələri keçiriləcək

İyunda Azərbaycanda çalışan müəllimlərin yerdəyişmələri keçiriləcək Təhsil nazirinin müavini: "Müəllimlərin işə qəbulu üç mərhələdə həyata keçirilir"
Elm və təhsil
23 May , 2015 11:58
İyunda Azərbaycanda çalışan müəllimlərin yerdəyişmələri keçiriləcək

Bakı. 23 may. REPORT.AZ/ "Müəllimlərin işə qəbulu prosesi 3 mərhələdə həyata keçirilir. May ayında hər bir rayon, şəhər təhsil idarəsi öz rayon və şəhərləri arasında olan daxili yerdəyişmələri başa çatdırıb. Vakansiyalar barədə məlumatlar Təhsil Nazirliyinə təqdim olunub”. “Report”un məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iyunda ölkədaxili sistemdə hazırda çalışan müəllimlərin yerdəyişmələri baş tutacaq: “İyul ayının ilk yarısında isə təhsil sisteminə ilk dəfə daxil olan şəxslər üçün müsahibələr keçiriləcək".

C.Bayramov bildirib ki, müəllimlərin sınaq diaqnostika qiymətləndirməsi ilkin olaraq paytaxtda keçirilib: "Hazırda ölkənin müvafiq qurumları ilə prosesin davamı və hansısa regionlarda bu prosesin keçirilməsi məsələsi müzakirə olunur".

Son xəbərlər

Orphus sistemi