Sayalı Sadiqova: "Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir"

Sayalı Sadiqova: "Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir" Bakı. 7 noyabr. REPORT.AZ/ Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir.
Elm və təhsil
7 Noyabr , 2018 06:15
Sayalı Sadiqova: Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir

Bakı. 7 noyabr. REPORT.AZ/ "Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadiqova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində dilə gətirib.

Onun sözlərinə gprə, Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşıb:

"Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşmışdır. Yaranan terminlər dilin qrammatik qayda-qanunlarına uyğun olmaqla bərabər, anlayışı da məntiqi cəhətdən düzgün təyin etməlidir. Bu məsələnin həlli həm vahid beynəlxalq terminologiyanın yaradılmasına şərait yaradır, həm də elmlərin inkişafına təkan verir. Elmlərin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətdə inkişafı, elmi təcrübələrin, informasiyaların asanlıqla yayılması, başa düşülməsi üçün vahid terminoloji bazaya üstünlük verilməlidir. Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir".

S.Sadiqova bildirib ki, Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq mühüm istiqamətlər müəyyənləşdirilib:

"Bu müddət ərzində elmin, demək olar ki, bütün sahələrinə aid 100-ə yaxın terminoloji lüğət nəşr olunmuşdur. Lakin elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişikliklər diqqətlə izlənilir və terminologiyanın inkişafı həmişə düzgün istiqamətləndirilir".

S.Sadiqova bundan əvvəl ədəbi dilin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislərin heç də həmişə çeviklik nümayiş etdirə bilmədiklərini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi