Yuxarı

Samux rayon Təhsil şöbəsi şagirdlərin qeyri-etik videogörüntüsünü araşdırır

Samux Rayon Təhsil şöbəsi şagirdlərin qeyri-etik video-görüntüsünü ara

Samux rayon Təhsil şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil şöbəsindən bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda İnstitut qəsəbə məktəbinin şagirdlərinin qeyri-etik hərəkətləri yer alan görüntülər yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi