Şamaxı Rəsədxanasında BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq

Şamaxı Rəsədxanasında BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq BDU ilə Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Elm və təhsil
5 Aprel , 2017 13:54
Şamaxı Rəsədxanasında BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, müqaviləyə əsasən rəsədxanada BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq, birgə elmi tədqiqatlar aparılacaq, konfrans, seminarlar təşkil ediləcək, tələbə mübadiləsi aparılacaq. 

Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov imzalayıblar.

Son xəbərlər

Orphus sistemi