Şamaxı Rəsədxanası mükafata layiq görülüb

Şamaxı Rəsədxanası mükafata layiq görülüb Mükafat TASAM-ın Edirne şəhərində təqdim olunub
Elm və təhsil
29 Yanvar , 2015 13:20
Şamaxı Rəsədxanası mükafata layiq görülüb

Bakı. 29 yanvar. REPORT.AZ/ AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təsis etdiyi “Qızıl alma elm və texnologiya mükafatı”na layiq görülüb.

"Report" xəbər verir ki, mükafat TASAM-ın Edirne şəhərində təşkil etdiyi mərasimdə rəsədxananın əməkdaşı, professor Mənsur İsmayılova təqdim olunub.

Qeyd edək ki, rəsədxana bu mükafata son illər əldə edilmiş nailiyyətləri, yüksək inkişaf dinamikası və artan nüfuzuna görə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi