Şamaxı rayon Təhsil şöbəsinə müdir təyinatı olub - FOTO

Şamaxı rayon Təhsil şöbəsinə müdir təyinatı olub - FOTO Bakı. 4 mart. REPORT.AZ/ Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Elm və təhsil
4 Mart , 2019 20:18
Şamaxı rayon Təhsil şöbəsinə müdir təyinatı olub - FOTO

Bakı. 4 mart. REPORT.AZ/ Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

“Report”un xəbərinə görə, bu vəzifəyə Nağıyev Namiq Rzaxan oğlu təyin edilib.

N.Nağıyev bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində, aspirantura təhsilini Azərbaycan Milli Elmlər Akademiyasında alıb. Bir müddət müxtəlif məktəblərdə müəllim işləyib. 2014-cü ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda baş mütəxəssis, daha sonra isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Son iş yeri həmin institutun direktor müavini olub. Təhsil işçilərinin peşəkar inkişafı, ixtisasartırma, qiymətləndirmə sahələrində bir sıra önəmli layihələrin icraçısı olub.

Son xəbərlər

Orphus sistemi