Şamaxı Astrofizika Rəsədxanasının strukturunda dəyişiklik edilib

Şamaxı Astrofizika Rəsədxanasının strukturunda dəyişiklik edilib Bundan başqa, təşkilatda yeni şöbələr yaradılıb
Elm və təhsil
15 Mart , 2017 18:00
Şamaxı Astrofizika Rəsədxanasının strukturunda dəyişiklik edilib

Bakı. 15 mart. REPORT.AZ/ Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

İclasda təşkilatın bəzi şöbələrinin adları dəyişdirilib. Bundan başqa, Ulduz atmosferləri fizikası və maqnetizm, Qoşa ulduzlar və eruptiv proseslər, Qalaktikalar və ulduzəmələgəlmə prosesləri adlı yeni şöbələr yaradılıb.

Son xəbərlər

Orphus sistemi