Yuxarı

​Şamaxı Astrofizika Rəsədxanasında struktur dəyişikliyi aparılacaq

Noyabrın 25-də institutda elmi şuranın iclası keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının iclası keçiriləcək.

Bu barədə "Report"a institutdan məlumat verilib.

İclasda Şamaxı Astrofizika Rəsədxanasında struktur dəyişiklikləri müzakirə olunacaq.

Şöbələrdə elmi fəaliyyətlə məşğul olan əməkdaşların hər birinin hesabatı dinləniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi