Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır

Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır Rəsədxanada 10 şöbənin müdiri vəzifəsi boşdur
Elm və təhsil
11 Oktyabr , 2017 11:59
Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqədə fəlsəfə və ya elmlər doktorluğu elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində təqdim olunmalıdır.

Müsabiqəyə aşağıdakı vəzifələr çıxarılıb:

- Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Planetlər və kiçik səma cismləri şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Astronomik cihazlar və İnnovativ texnologiyalar şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- İnformasiya, Kommunikasiya texnologiyaları və təşkilat şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə - 1 yer;

- Təhsil şöbəsinin müdiri vəzifəsinə - 1 yer.

Son xəbərlər

Orphus sistemi