Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək Qiymətləndirmədə 4500 nəfərə yaxın müəllim iştirak edəcək
Elm və təhsil
13 Dekabr , 2016 13:08
Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, dekabrın 15-16-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə 4500 nəfərə yaxın müəllim iştirak edəcək.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.

Nazirlikdən bildirilib ki, eyni zamanda, həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Son xəbərlər

Orphus sistemi