Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb edilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb edilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda təhsilin bütün pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması təmin ediləcək. 
Elm və təhsil
14 Dekabr , 2017 20:33
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb edilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda təhsilin bütün pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması təmin ediləcək. 

"Report"un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qeyd olunub.

Bundan əlavə, məktəbəqədər, ümumi və ilk peşə-ixtisas təhsili üzrə təhsil proqramlarında sağlamlıq imkanları məhdud şəxsləri təhsildən istifadə imkanları ilə digər şəxslərlə bərabər səviyyədə təmin edən dəyişikliklər ediləcək, sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrlar hazırlanacaq və ya əlavə təhsilə cəlb olunacaq, inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazası yaradılacaq, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması imkanlarının qiymətləndirilməsində yeni qaydalar tətbiq olunacaq və sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqları barədə əhalinin məlumatlılıq səviyyəsi artacaq. 

Son xəbərlər

Orphus sistemi