Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün yeni təlim metodologiyası yaradılacaq

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün yeni təlim metodologiyası yaradılacaq İşin icrası Nazirlər Kabineti ilə yanaşı, 4 dövlət qurumuna tapşırılıb
Elm və təhsil
20 Yanvar , 2015 13:32
Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün yeni təlim metodologiyası yaradılacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təlim metodologiyası yaradılacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən, inklüziv təlim metodologiyası sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin etmək üçün nəzərdə tutulub.

Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi Nazirlər Kabineti ilə yanaşı, Təhsil, Səhiyyə, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Fəaliyyət Planından irəli gələn məsələnin 2015-2023-cü illərdə icra olunması planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi