"Şagird-məzun" sisteminə daxil edilən buraxılış sinif şagirdləri haqqında məlumatların sayı açıqlanıb

"Şagird-məzun" sisteminə daxil edilən buraxılış sinif şagirdləri haqqında məlumatların sayı açıqlanıb Şabran və Zəngilan rayonlarında daxiletmə faizi aşağı olub
Elm və təhsil
5 Fevral , 2016 15:22
Şagird-məzun sisteminə daxil edilən buraxılış sinif şagirdləri haqqında məlumatların sayı açıqlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ "Şagird-məzun" sisteminə məktəb əlaqələndiriciləri buraxılış sinif şagirdləri haqqında məlumatların 92%-i daxil edilib. Bu göstərici ötən ilin fevral ayı ilə müqayisədə 13% yüksəkdir. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, Naxçıvan Muxtar Respublikasının Culfa, Kəngərli rayonu, Qax rayonu, Daşkəsən rayonu və Naftalan şəhərinin ümumtəhsil məktəblərində şagirdlər haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi artıq sona çatıb.

Şabran və Zəngilan rayonlarında daxiletmə faizinin aşağı olduğunu nəzərə alaraq, bu rayonların təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.

Xatırladaq ki, məlumat sisteminə ümumilikdə 198 579 şagird haqqında məlumat daxil edilib ki, bunlardan 135 333-nün məlumatları təsdiq edilib. 

Son xəbərlər

Orphus sistemi