“Sabahın alimləri” VII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib

“Sabahın alimləri” VII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib Builki yarışmada ötən illərə nisbətən bölgələrdən olan iştirakçıların sayında artım müşahidə edilib
Elm və təhsil
14 Fevral , 2018 15:47
“Sabahın alimləri” VII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib
Təhsil naziri vəzifəsini icra edən nazir müavini Ceyhun Bayramov / Report/ Firi Salim

Bakı. 14 fevral. REPORT.AZ/ “Sabahın alimləri” VII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

"Report"un xəbərinə görə, təhsil naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov deyib ki, müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Nazir müavini qeyd edib ki, təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün ölkədə geniş imkanlar yaradılıb: "Bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli və başqaları bu müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

Daha sonra qonaqlar stendlərə baxış keçirib.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir. 

Builki yarışmada ötən illərə nisbətən bölgələrdən olan iştirakçıların sayında artım müşahidə edilib. Bu il 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 259 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109-dur.

Son xəbərlər

Orphus sistemi