Yuxarı

Sabahdan müsabiqədə uğur qazanan şəxslərin məktəb direktoru vəzifəsinə yerləşdirilməsinə başlanılacaq

Sabahdan məktəb direktorlarının qəbulu üzrə keçirilən müsahibə
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov

Bakı. 5 fevral. REPORT.AZ/ "Sabahdan məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsahibə məsələsində uğur qazanan 228 şəxsin yerləşdirilməsi prosesinə başlanacaq".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, direktorların işə qəbulu üzrə keçirilən müsabiqədə iştirak edən 1500-ə yaxın namizəddən 730 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə dəvət edilmişdi: "Müsahibə mərhələsində isə 228 nəfər müsbət qiymətləndirilib. Hazırda nazirlik tərəfindən müsabiqənin yekun-yerləşdirmə mərhələsi həyata keçirilir. Sabahdan etibarən uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək".

Şöbə müdiri əlavə edib ki, uzun davam edən müsabiqə dövründə yeni vakant yerlər yarandığı üçün namizədlərə elektron ərizələrinə qeyd edilən vakant yerlərdən əlavə yeniləri də təklif oluna bilər: "Vakant yerlər namizədə müsabiqədə göstərdiyi bilik və bacarığa uyğun təqdim ediləcək. Ola bilər ki, bəzi hallarda namizədlərə şagird kontingenti az olan kənd məktəbləri təklif edilsin. Hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var. Bakı şəhəri üzrə olan 11 vakant yerin təxminən 60-70 faizinə demək olar, təyinat olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi