Yuxarı

Sabahdan etibarən ADNSU-da startap məktəbi fəaliyyətə başlayır

Startap məktəbində iştirak üçün təhsil haqqı tələb olunmur

Bakı. 28 yanvar. REPORT.AZ/ Sabahdan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində startap məktəbi fəaliyyətə başlayır. Bu barədə "Report"a universitetin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məktəbin əsas məqsədi yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya məqsədli biznes strukturuna çevirməkdir.

Startap məktəbinin ilk mərhələsi marta qədər davam edəcək. May-iyun aylarında başa çatacaq ikinci mərhələdə isə konkret layihələr üzərində işlənəcək.

Yayda keçiriləcək festivalda ən yaxşı layihələr seçiləcək, onlara sərmayə qoyulmaqla biznes inkubasiyası dövründə inkişaf etdiriləcək. Sözügedən müddət ərzində layihələrdə nəzərdə tutulan son məhsullar, prototiplər və s. hazırlanaraq, onların kütləvi istehsalı və tətbiqini başlanacaq.

Beləliklə, tələbələr və məzunlar öz ideyalarını reallaşdıra, öz layihələri ətrafında biznes strukturu yarada biləcəklər.

Tədris Azərbaycan, İsrail və Ukraynadan olan mütəxəssislər tərəfindən aparılacaq. Dərslər axşam 18.00-dan sonra başlayacaq.

Startap məktəbində iştirak üçün təhsil haqqı tələb olunmur. Digər ali məktəblərin tələbələri və ya tələbə olmayan şəxslər də startap məktəbinə yazıla bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi