Sabahdan Bakı üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Sabahdan Bakı üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq
Elm və təhsil
31 İyul , 2017 10:27
Sabahdan Bakı üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Bakı. 31 iyul. REPORT.AZ/ Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına növbəti tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayır.

"Report" xəbər verir ki, sentyabrın 18-nə qədər davam edəcək qeydiyyatda ərizələrin qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bildirib ki, məktəblərdə sənəd qəbulu isə avqustun 1-dən sentyabrın sonuna qədər olacaq.

O qeyd edib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyində 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək: "Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq".

İdarə rəsmisi onu da əlavə edib ki, yeni tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır: "Yeni tədris ilində məktəbəhazırlıq qruplarına ümumilikdə 25 mindən çox uşağın cəlb olunması nəzərdə tutulur". 

Son xəbərlər

Orphus sistemi