Yuxarı
    Bağlamaq

    Sabah şagirdlər arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək

    Dinlə

    Bakı. 2 iyun. REPORT.AZ/ Sabah - iyunun 3-də ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən xəbərə görə, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

    IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi paytaxt üzrə 9 mərkəzdə (26, 32, 114, 138, 139,189-190, 211, 271, 276 nömrəli tam orta məktəblər) təşkil olunacaq. Birinci mərhələdə Bakı şəhəri ümumi təhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 5 571, rus bölməsi üzrə 1 007 nəfər şagird olmaqla, ümumilikdə, 6 580 nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulur.

    İki mərhələdən ibarət olan fənn müsabiqələrinin birinci mərhələsində şagirdlərə ancaq məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan suallar təqdim olunacaq.

    Fənn müsabiqələrinin I mərhələsində yüksək nəticə göstərən şagirdlər növbəti turda seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.

    Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, qaliblər mükafatlandırılacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi