SABAH qruplarının yaradıldığı ali təhsil müəssisələrinin sayı artırılır

SABAH qruplarının yaradıldığı ali təhsil müəssisələrinin sayı artırılır Tələbələr birinci mərhələdə martın 15-nə qədər qeydiyyatdan keçməlidirlər
Elm və təhsil
5 Mart , 2015 15:44
SABAH qruplarının yaradıldığı ali təhsil müəssisələrinin sayı artırılır

Bakı. 5 mart. REPORT.AZ/ "2015-2016-cı tədris ili üçün daha 4 ali təhsil müəssisəsində SABAH qrupları yaradılacaq. Bununla da qrupların yaradıldığı ali məktəblərin sayı 11-ə çatacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin SABAH qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyev deyib.

O bildirib ki, gələn tədris ili üçün Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyasında qruplar təşkil olunacaq: "Tələbələr birinci mərhələdə martın 15-nə qədər sabah.edu.az saytı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən tələbələr ikinci mərhələdə imtahana dəvət olunacaqlar. İmtahanda ümumi 50 sual olmaqla 25 sual ingilis dilindən, digər 25-i isə məntiqdən olacaq. İmtahandan uğurla keçən tələbələr müsahibə mərhələsinə dəvət olunacaq. Burada tələbələrin ümumi sahə bilikləri, dil qabiliyyətləri, qeyri-standart düşüncə qabiliyyəti, dünyagörüşü, özünə əminlik və özünə tənqidi yanaşma hissi yoxlanılacaq".

Qeyd edək ki, hazırda SABAH qruplarında 7 ali təhsil müəssisəsi üzrə 688 tələbə təhsil alır. Bu ali məktəblər Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetidir.

Son xəbərlər

Orphus sistemi