“Sabah” qruplarının tələbələri AMEA-da təcrübə keçəcəklər

“Sabah” qruplarının tələbələri AMEA-da təcrübə keçəcəklər Təhsil naziri bununla bağlı AMEA rəhbərliyinə müraciət edib
Elm və təhsil
21 Sentyabr , 2016 15:38
“Sabah” qruplarının tələbələri AMEA-da təcrübə keçəcəklər

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə ali məktəblərin “Sabah” qruplarının tələbələrinin akademiyada təcrübə keçmələri ilə bağlı müraciət edib”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə deyib.

O bildirib ki, Azərbaycan ali məktəblərinin “Sabah” qruplarının tələbələrinə akademiyanın institut və müəssisələrində təcrübə keçmək imkanı yaradılacaq: “Təhsil nazirinin bu təşəbbüsünün reallaşdırılması üçün sərəncam hazırlanır”.

Son xəbərlər

Orphus sistemi