Yuxarı

SABAH qruplarında müəllim qəbulu başlayıb

SABAH qruplarında müəllim qəbulu başlayıb
Namizədlər yanvar ayının 20-i saat 18:00-dək müraciət edə bilərlər

Bakı. 17 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyinin SABAH qruplarında müəllim qəbulu başlayıb.

"Report"un məlumatına görə, SABAH qruplarında 2016/2017-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar. 

Öhdəliklərə kurs sillabusunun hazırlanması, bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması, tələbə biliyinin vaxtında qiymətləndirilməsi daxildir. Namizədlərə əlaqədar sahədə fəlsəfə doktoru və ya magistr dərəcəsi olan, İKT və sahə bilikləri yüksək səviyyədə olan, innovativ tədris metodikalarından istifadə edə bilən, müasir pedaqoji yanaşmalardan xəbərdar olan, dinamik, pozitiv və ünsiyyətcil tələbləri qoyulur.

Tələblərə cavab verən namizədlər sənədlərini hr@sabah.edu.az ünvanına göndərmələri xahiş olunur. Seçim zamanı sahə üzrə ali tədris təcrübəsi olan, PhD və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək. Müraciət zamanı ən çoxu 3 fənn seçmək olar.

Namizədlər yanvar ayının  20-i saat 18:00-dək müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi