SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsində 1 630 nəfər iştirak edib

SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsində 1 630 nəfər iştirak edib Namizədlər məntiqi dünyagörüş və ingilis dili üzrə bilik və bacarıqları qiymətləndirən 50 test tapşırığını cavablandırıblar
Elm və təhsil
13 Aprel , 2015 14:58
SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsində 1 630 nəfər iştirak edib

Bakı. 13 aprel. REPORT.AZ/ 2015-2016-cı tədris ili üçün SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsi keçirilib. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin I tədris binası və 132-134 saylı təhsil kompleksində keçirilən müsabiqənin bu mərhələsində 1 630 nəfər I kurs tələbəsi iştirak edib.

Bu mərhələdə namizədlər məntiqi dünyagörüş və ingilis dili üzrə bilik və bacarıqları qiymətləndirən 50 test tapşırığını 90 dəqiqə ərzində cavablandırıblar. Müsabiqə mərhələsində müvafiq nəticə göstərən namizədlər növbəti mərhələdə - müsahibədə iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, SABAH qruplarının formalaşdırılması ali təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biridir.

Son xəbərlər

Orphus sistemi