SABAH qruplarına qəbul imtahanı keçirilib

SABAH qruplarına qəbul imtahanı keçirilib Nəticələr SABAH qruplarının rəsmi internet səhifəsində yerləşdiriləcək
Elm və təhsil
16 İyun , 2016 16:56
SABAH qruplarına qəbul imtahanı keçirilib

Bakı. 16 iyun. REPORT.AZ/ SABAH qruplarına 2016-2017-ci tədris ili üçün tələbə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, 1 750 tələbənin iştirak etdiyi imtahan Azərbaycan Dövlət İqtisad Universiteti və 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunub.

Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 50 sual olmaqla, ümumilikdə 100 sualı cavablandırıblar.

Nəticələr SABAH qruplarının rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdiriləcək.

İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq. Müsabiqədən uğurla keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər.

SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 7-dən 25-dək aparılıb. Bu müddət ərzində 45 ixtisas üzrə 2 229 tələbə elektron qaydada qeydiyyatdan keçib. Müraciət etmiş namizədlərdən 2 067 nəfərin ərizəsi müsbət qiymətləndirilərək, imtahan mərhələsinə buraxılıb.

Xatırladaq ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini və 1600-dən çox tələbəni əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.

Son xəbərlər

Orphus sistemi