Yuxarı

​SABAH qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçiriləcək

Müsahibəyə 2 semestrdə 61-dən yuxarı bal toplayan və heç bir akademik kəsri olmayan II kurs tələbələri buraxılacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ SABAH qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. 

Tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, kompüter mühəndisliyi, inşaat mühəndisliyi və nəqliyyat tikintisi ixtisasları üzrə əlavə qəbula düşmək istəyən tələbələr müsahibədən keçməlidirlər. Müsahibəyə ötən 2 semestrdə 61-dən yuxarı bal toplayan və heç bir akademik kəsri olmayan II kurs tələbələri buraxılacaq. 

Ümumilikdə, qeyd olunan ixtisaslar üzrə 100-120 tələbənin SABAH qruplarına əlavə yerləşdirilməsi nəzərdə tutulur. Onlar növbəti semestrdən etibarən təhsilini SABAH qruplarında davam etdirəcəklər.

Qeyd edək ki, hazırda bu qruplarda 688 tələbə təhsil alır. Onlar 33 ixtisas üzrə 7 ali təhsil müəssisəsinə yerləşdiriliblər. Tələbələrdən 200-ə yaxını SABAH yataqxanasında qalırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi