Yuxarı
    Bağlamaq

    Sabah kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır

    Bu gün saat 9:30-a olan məlumata əsasən, 1508 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

    Bakı. 5 sentyabr. REPORT.AZ/ 2017/2018-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sabah saat 23:59-dək davam edəcək.

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin 1412 boş qalan plan yeri müsabiqəyə çıxarılıb və bu gün saat 9:30-a olan məlumata əsasən, 1508 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib.

    Hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər boş qalan plan yerlərinin ixtisas seçiminə buraxılmırlar.

    İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları http://eservices.dim.gov.az/erizebak/ixtisas3 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

    Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

    Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M. ünvanından almaq olar. 

    Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi