Sabah kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Sabah kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır İndiyə qədər abituriyentlərin 76 faizi qeydiyyatdan keçib
Elm və təhsil
30 Avqust , 2017 10:23
Sabah kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Bakı. 30 avqust. REPORT.AZ/ Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı davam edir.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, abituriyentlər avqustun 31-i saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Avqustun 30-u saat 10:00-a olan məlumata əsasən qəbul olan abituriyentlərdən 76%-i artıq qeydiyyatdan keçib.

Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Son xəbərlər

Orphus sistemi