Yuxarı
    Bağlamaq

    Avqustun 6-da kolleclərə ixtisas seçimi bitəcək

    Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar© Report.az

    Bakı. 4 avqust. REPORT.AZ/ Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

    Bu gün saat 15:10-a olan məlumata əsasən, ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

    Azərbaycan bölməsi - 10810; rus bölməsi - 368; cəmi - 11178.

    Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi