Bakı 26 dekabr. REPORT.AZ/ Müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvili Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, görüşdə fondun icraçı direktoru Oktay Səmədov, Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili, Təhsil İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetin və Pedaqiji Kollecin əməkdaşları iştirak ediblər.
Sonra görüşdə müasir pedaqogikanın problemləri barədə fikir mübadiəsi aparılıb.
Fondun fəaliyyəti ilə tanış olan Ş.Amonaşvili qısa zaman ərzində həyata keçirilmiş əhəmiyyətli layihələri, xüsusilə məktəblərlə sıx əlaqələrin qurulmasınıalqışladığını deyib. Alimin fikrincə, gənclərin sadəcə elmi biliklərə yiyələnməsi kifayət deyil, onların cəmiyyətə faydalı bir fərd kimi yetişdirilməsi üçün dünyagörüşlərinin genişləndirilməsi və yaradıcılıq imkanlarının üzə çıxarılaraq inkişafına şərait yaradılması önəmlidir.