Yuxarı

Rusiyanın Azərbaycandakı səfiri Gəncədə məktəb açılışında iştirak edib - FOTO

Yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Gəncədə məkətb açılışında iştirak edib.

"Report"un məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və səfir Vladimir Doroxin öncə “Bilik Günü”ndə M.Mehdizadə adına 4 № li tam orta məktəbdə keçirilən tədbirdə iştirak ediblər. 

İcra hakimiyyətinin başçısı E.Vəliyev “Bilik Günü” münasibətilə müəllim və şagirdlərə ən xoş arzularını çatdırıb. Vurğulayıb ki, dövlət proqramına uyğun olaraq 2016-ci ilin sonuna kimi Gəncədə daha bir neçə məktəb əsaslı şəkildə qurularaq yenidən istifadəyə veriləcək. Elmar Vəliyev xatırladıb ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan 4 № li tam orta məktəbin maddi-texniki bazası gücləndirilib. Müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Səfir V.Doroxin çıxışında rus dilinin tədrisinə böyük önəm verilən 4 №-li tam orta məktəbdə olmağından məmmunluq hissi keçirdiyini bildirib. Şagirdləri və müəllimləri təbrik edən səfir bu məktəbdə təhsil alan şagirdlərin uğurlarının davamlı olacağına əminlik ifadə edib.

E.Vəliyev və V.Doroxin “Bilik Günü”nə həsr edilən tədbirdən sonra məktəbdə yaradılan şəraitlə daha yaxından tanış olublar. Bildirilib ki, 2016-2017 ci tədris ilində məktəbin birinci sinifinə 315 nəfər qədəm qoyub.

Daha sonra Səməd Vurğun adına 41№li tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Açılş mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, millət vəkilləri, təhsil işçiləri, şagirlər, valideyinlər və şəhər ictimayətinin nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimdə çıxış edərək yeni tədris binasının istifadəyə verilməsini əlamətdar hadisə olduğunu vurğulayıb. O bildirib ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev elm və təhsilə daim diqqət və qayğı göstərir. İcra hakimiyyətinin başçısı bunun bariz nümunəsi olaraq əsaslı təmir edildikdən sonra istifadəyə verilən məktəblərdən danışıb. 

O deyib ki, İ.Qayıbov adına 2140 şagird yerlik 1 №-li tam orta məktəb, M. Müşviq adına 840 şagird yerlik 14 №-li tam orta məktəb, İ. Nəsimi adına 1076 şagird yerlik 44 №-li tam orta məktəb, 250 şagird yerlik Sanatoriya tipli internat məktəbinin əlavə tədris korpusu, o cümlədən peşə məktəbləri və peşə liseylərinin əsaslı təmir işləri də yekunlaşmaq üzrədir. Eyni zamanda 250 şagird yerlik Sanatoriya tipli internat məktəbinin əlavə tədris korpusu və 280 şagird yerlik 2№-li Peşə məktəbinin yeni binasının tikintidən sonra açılışı planlaşdırılır.

Millət vəkili Naqif Həmzəyev xüsusi vurğulayıb ki, bu məktəbin əsaslı təmirdən sonra istifadəyə verilməsi həm müəllim, həm də şagirdlər üçün qiymətli hədiyyədir. 

Sonra məktəbin binasının rəmzi açılışını bildirən lent kəsilib.

Bildirilib ki, 1966-cı ildə tikilərək istifadəyə verilən, Səməd Vurğun adını daşıyan 400 nəfər şagirdin təhsil aldığı 41 №-li tam orta məktəbdə 35 müəllim çalışır. Məktəb 640 nəfər şagird yerlikdir və 13 tədris kabineti var. Məktəbin ümumi sahəsi 3 min 621 kvadratmetr, binasının ümumi sahəsi 1.250 kvadratmetrdir. 

Məktəbdə yaradılan şəraitlə tanış olan Elmar Vəliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb və onlara yeni təhsil ilində uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi