Yuxarı

​Rusiyada fundamental coğrafi tədqiqatların inkişafı müzakirə ediləcək

Konfransda Azərbaycanı AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Elbrus Əlizadə təmsil edəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 24-27-də Rusiya Federasiyasının Kostroma şəhərində “Konstruktiv coğrafi fikirlər və fundamental coğrafi tədqiqatların inkişafı” mövzusunda elmi sessiya keçiriləcək. 

"Report"un məlumatına görə, tədbirdə Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, ABŞ, Qazaxıstan, Gürgüstan, Rusiya və s. ölkələrdən də alim və mütəxəssislər iştirak edəcəklər. 

AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademiyanın müxbir üzvü, professor Elbrus Əlizadə konfransda Azərbaycanı təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi