Yuxarı
    Bağlamaq

    Rusiya Federal Agentliyinin rəhbəri Bakı Slavyan Universitetində olub

    Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub

    Bakı. 12 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının MDB işləri üzrə, xaricdə yaşayan həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Lyubov Qlebova Bakı Slavyan Universitetində (BSU) olub. BSU-dan "Report"a verilən məlumata görə, bu ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev qonağa müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlayan universitetin yaranma tarixi, fəaliyyəti barədə məlumat verib.

    Rektor bildirib ki, BSU Azərbaycanda rus dili və ədəbiyyatının tədrisi və elmi araşdırmalar mərkəzidir, universitetin bu istiqamətdə böyük nailiyyətləri var. A.Hacıyev qeyd edib ki, dünyanın bir sıra nüfuzlu universitetləri, o cümlədən Rusiyanın ali məktəbləri ilə sıx əməkdaşlıq edən bu ali təhsil ocağının beynəlxalq əlaqələri ildən-ilə genişlənir.

    Azərbaycana ilk dəfə gəldiyini vurğulayan L.Qlebova rəhbərlik etdiyi qurumun müasir təhsil sistemi üzrə hazırladığı proqramlar barədə məlumat verib. Qonaq BSU ilə də gələcəkdə əməkdaşlıq etməkdən məmnun qalacağını bildirib.

    Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

    Rusiyalı qonaq BSU-da fəaliyyət göstərən Rusiya tədris-mədəniyyət mərkəzi (Moskva auditoriyası) ilə tanış olub. Moskva meriyasının dəstəyi ilə universitetdə yaradılan Moskva Mərkəzi və rus dilində ədəbiyyatdan ibarət geniş kitabxana qonaqda böyük təəssürat oyadıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi