Yuxarı
    Bağlamaq

    Rus bölməsi üçün Azərbaycan dilindən keçirilən test imtahanlarının nəticələri açıqlanıb

    DİM rus bölməsi abituriyentləri üçün 11 iyunda Azərbaycan dili fənnindən keçirilən test imtahanlarının nəticələrini açıqlayıb

    Bakı. 12 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) rus bölməsi abituriyentləri üçün 11 iyunda Azərbaycan dili fənnindən keçirilən test imtahanlarının nəticələrini açıqlayıb.

    Bu barədə “Report”a DİM-dən məlumat verilib.

    Abituriyentlər cavabları ilə tanış olmaq üçün bu linkdən istifadə edə bilərlər. Habelə abituriyentlər cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

    İmtahanda iştirakı nəzərdə tutulan 1813 abituriyentdən 259 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1554 abituriyentdən 1306 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

    Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi