​Rus bölməsi abituriyentlərinin qeydiyyatı başa çatır

​Rus bölməsi abituriyentlərinin qeydiyyatı başa çatır I Azərbaycan dili imtahanı aprelin 26-da, II Azərbaycan dili imtahanı isə iyulun 7-də keçiriləcək
Elm və təhsil
29 Mart , 2015 15:19
​Rus bölməsi abituriyentlərinin qeydiyyatı başa çatır

Bakı. 29 mart. REPORT.AZ/ Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər "Azərbaycan dili" fənnindən test imtahanı verməlidirlər. 

TQDK-dan "Report"a verilən məlumata görə, həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən etibarən internet vasitəsilə aparılır və bu proses martın 31-də saat 23:59-da başa çatacaq.

Bu gün saat 14:00-dək olan məlumata görə, 7042 nəfər rus bölməsinin abituriyenti qeydiyyatdan keçib.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün I Azərbaycan dili imtahanı aprelin 26-da, II Azərbaycan dili imtahanı isə iyulun 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi