Rus bölməsi abituriyentlərinin "Azərbaycan dili" fənnindən imtahan nəticələri açıqlanıb

Rus bölməsi abituriyentlərinin "Azərbaycan dili" fənnindən imtahan nəticələri açıqlanıb İmtahanda iştirak edən 7 873 abituriyentdən 6 631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb
Elm və təhsil
27 Aprel , 2015 16:21
Rus bölməsi abituriyentlərinin Azərbaycan dili fənnindən imtahan nəticələri açıqlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin imtahan nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 8 426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.

İmtahanda iştirak edən 7 873 abituriyentdən 6 631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb. 

Qeyd edək ki, bu imtahanda "qeyri-məqbul" qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi