​Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlayıb

​Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlayıb İxtisas seçimi avqustun 7-dək aparılacaq
Elm və təhsil
1 Avqust , 2016 10:44
​Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlayıb

Bakı. 1 avqust. REPORT.AZ/ Rezidenturaya qəbul üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq.

Bu barədə “Report”a Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiq etməlidirlər.

“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə, həmçinin 2015-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.

Son xəbərlər

Orphus sistemi