Yuxarı
    Bağlamaq

    Rezidenturaya qəbul qaydaları ilə bağlı jurnalın birinci sayı çapdan çıxıb

    Jurnalın elektron versiyasını www.abiturient.az saytında sifariş etməklə əldə etmək olar

    Bakı. 4 fevral. REPORT.AZ/ Rezidenturaya qəbul qaydaları ilə bağlı jurnalın birinci sayı çapdan çıxıb. "Report" xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Rezidentura" xüsusi buraxılışının ilk sayında (Azərbaycan və rus dillərində) baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları, namizədlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr, test tapşırığı nümunələrini təqdim edib.

    Jurnalın elektron versiyasını (pdf formatında) www.abiturient.az saytında "TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı" bölməsində sifariş etməklə əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi