Yuxarı

Rezidenturaya qəbul imtahanının II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib

Rezidenturaya qəbul imtahanının II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb

Bakı. 9 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanları keçirilib.

DİM-dən "Report"a verilən məlumata görə, sınaq imtahanları 9 iyun 2018-ci il tarixində mərkəzin Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçirilib.

1-ci növbə üzrə imtahan saat 10:00-da, 2-ci növbə üzrə isə saat 14:00-da başlayıb.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi