Rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində dəyişikliklər edilib

Rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində dəyişikliklər edilib Bir sıra fənlərin bir ad altında birləşdirilməsi nəzərdə tutulub
Elm və təhsil
13 İyul , 2015 15:56
Rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində dəyişikliklər edilib

Bakı. 13 iyul. REPORT.AZ/ 2016/2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanın baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, "Patoloji anatomiya" və "Patoloji fiziologiya" fənlərinin "Patologiya" adı altında birləşdirilməsi, eyni zamanda bütün istiqamətlər üzrə baza fənləri sırasına "Histologiya" fənninin əlavə edilməsi planlaşdırılır.

Bununla yanaşı, tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına "İnsan anatomiyası" və "Patologiya" fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə "İnsan anatomiyası", "Patologiya" və "Farmakologiya" fənləri daxil edilməsi də nəzərdə tutulur.

Dəyişikliklər nəzərə alınmaqla imtahan fənlərinin tərkibi aşağıdakı cədvəldə verilir:

Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr) Rezidenturaya qəbul üçün imtahan fənləri
Baza fənləri İxtisas fənləri
1 2 3

I. Müalicə işi,

Pediatriya

İnsan anatomiyası İnsan fiziologiyası Histologiya

Patologiya

Mikrobiologiya

Farmakologiya

Biokimya

Daxili xəstəliklər (kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya)

Cərrahlıq

(ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı)

Mamalıq və ginekologiya

Uşaq xəstəlikləri

(uşaq xəstəliklərinin propedevtikası, neonatologiya)

II. Stomatologiya İnsan anatomiyası İnsan fiziologiyası Histologiya

Patologiya

Mikrobiologiya

Farmakologiya

Biokimya

Terapevtik stomatologiya Ortopedik stomatologiya Üz-çənə cərrahiyyəsi

Uşaq stomatologiyası

III. Tibbi-biologiya İnsan anatomiyası İnsan fiziologiyası Histologiya

Patologiya

Mikrobiologiya

Biokimya

Klinik biokimya Genetika
IV. Tibbi-profilaktika İnsan anatomiyası İnsan fiziologiyası Histologiya

Patologiya

Mikrobiologiya

Farmakologiya

Biokimya

Yoluxucu xəstəliklər Gigiyena (ümumi, kommunal, qidalanma, əmək)

Epidemiologiya

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən, rezidenturada dövlət sifarişi əsasında təhsil alan şəxslər rezidenturanı bitirdikdən sonra Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində 3 il müddətində əmək fəaliyyətini davam etdirməlidirlər. Bununla əlaqədar rezidentlərlə Səhiyyə Nazirliyi arasında nazirlikdə təsdiq olunan "Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında" müqavilə bağlanılır.

Son xəbərlər

Orphus sistemi