Rezidenturaya keçirilən qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Rezidenturaya keçirilən qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb İmtahanda iştirakı nəzərdə tutulan 1245 nəfər namizəddən 33 nəfəri imtahana gəlməyib
Elm və təhsil
16 Mart , 2015 17:51
Rezidenturaya keçirilən qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Bakı. 16 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib. Bu barədə “Report”a TQDK-dan məlumat verilib.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1245 nəfər namizəddən 33 nəfəri imtahana gəlməyib. 1000 nəfər namizəd I mərhələnin müsabiqə şərtini (30 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 86 bal olub.

Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 7-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Son xəbərlər

Orphus sistemi