Azərbaycanda rezidenturaya ərizə qəbulu başlayıb

Azərbaycanda rezidenturaya ərizə qəbulu başlayıb Ərizə qəbulu fevralın 23-nə kimi davam edəcək
Elm və təhsil
16 Fevral , 2015 09:29
Azərbaycanda rezidenturaya ərizə qəbulu başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanda rezidenturada təhsil almaq istəyən şəxslər üçün ərizə qəbulu başlayıb. "Report" xəbər verir ki, namizədlər ərizələrini təsdiq etdirmək üçün bu gündən başlayaraq fevralın 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.

Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə edən namizədlər həmin sertifikatlardan istifadə etməklə "Namizədin elektron ərizəsi" formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər.

Xatırladaq ki, qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır. İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələ isə iyulun 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi