“Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsi nəşr edilib

“Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsi nəşr edilib Bakı. 27 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.
Elm və təhsil
27 İyun , 2018 11:02
“Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsi nəşr edilib
Report
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahaninin ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib. 

Bu nömrədə həmçinin, rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2017-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları da təqdim olunub.

Jurnalın elektron versiyasını isə (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi