Rezidentura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsində ən yüksək nəticə 77 bal olub

Rezidentura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsində ən yüksək nəticə 77 bal olub 442 nəfər namizəd I mərhələnin müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb
Elm və təhsil
4 Aprel , 2016 17:16
Rezidentura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsində ən yüksək nəticə 77 bal olub

Bakı. 4 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1239 nəfər namizəddən 53 nəfəri imtahana gəlməyib.

442 nəfər namizəd I mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 77 bal olub.

Məlumat üçün bildirək ki, hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 29-da keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Son xəbərlər

Orphus sistemi