Rəssamlıq Akademiyasının tələbələri “Live Life” sərgisi çərçivəsində yay təcrübəsi keçəcəklər

Rəssamlıq Akademiyasının tələbələri “Live Life” sərgisi çərçivəsində yay təcrübəsi keçəcəklər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən “Live Life” beynəlxalq sərgi layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi iyulun 2-dən 6-dək Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçəcək.
Elm və təhsil
1 İyul , 2019 15:46
Rəssamlıq Akademiyasının tələbələri “Live Life” sərgisi çərçivəsində yay təcrübəsi keçəcəklər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən “Live Life” beynəlxalq sərgi layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi iyulun 2-dən 6-dək Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçəcək.

Mərkəzdən “Report”a verilən məlumata görə, yay təcrübəsinin mövzusu “Live Life” sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqət cəlb edilməsini nəzərdə tutur.

Yaradıcılıq layihəsi IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Mərkəzi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilir.

Yay təcrübəsində iştirak edən tələbələrə yaradıcılıq üçün zəruri olan baza dəstləri təqdim ediləcək.

İştirakçılardan hər biri 150 AZN məbləğində həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək. I yerin qalibi 500 AZN, II və III yerləri tutanlar isə müvafiq olaraq 300 AZN və 200 AZN məbləğində pul mükafatları alacaqlar. Bütün iştirakçılara xatirə diplomları təqdim ediləcək.

Qeyd edək ki, “Live Life” sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya, Heydər Əliyev Mərkəzində gətirilib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiyada 200-dən çox əsər təqdim olunur.

Son xəbərlər

Orphus sistemi