Yuxarı
    Bağlamaq

    Respublika Seysmoloji Xidmət Mərkəzində beynəlxalq laboratoriya yaradılacaq

    Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub

    Bakı. 19 noyabr. REPORT.AZ/ AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində ABŞ-ın Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyası yaradılacaq. “Report” xəbər verir ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

    Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişliyə tapşırılıb ki, beynəlxalq laboratoriyanın elmi proqramını hazırlayıb AMEA Rəyasət Heyətinə təqdim etsin. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub.

    Qeyd edək ki, mərkəz 2007-ci ildən Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə zəlzələ və yerdəki küy məlumatları əsasında Yer qabığı strukturunun öyrənilməsində istifadə olunan yeni və perspektivli metodlarla təhlili istiqamətində tədqiqat aparır. Bu metodların tətbiqi Yer qabığının regional və lokal strukturlarını yüksək dəqiqliklə öyrənərək, mükəmməl geodinamik modellərin qurulmasına imkanlar verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi