Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda builki tədris ilindən respublika fənn olimpiadaları yeni qaydalar əsasında həyata keçirilir. "Report"in xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib.
O bildirib ki, fənn olimpiadasının I turu bir neçə gün əvvəl başa çatıb: "Olimpiadada 8 fənn üzrə 22 min şagird iştirak edib. Respublika fənn olimpiadasının yarımfinal mərhələsinin mart ayında, final mərhələsinin isə aprel ayında keçirilməsi nəzərdə tutulur. Hər bir fənn üzrə final mərhələsində 60 şagirdin iştirakı nəzərdə tutulur. Hesab edirəm ki, üç ay bizə həm yüksək nəticələr əldə etmək, həm də rəqabət baxımından kifayət edəcək".