​Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27 mindən çox şagird qatılıb

​Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27 mindən çox şagird qatılıb Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək elan ediləcək
Elm və təhsil
18 Yanvar , 2016 09:27
​Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27 mindən çox şagird qatılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyi ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsini keçirib. Nazirlikdən "Report"a verilən məlumata görə, 27 500-dən çox şagirdin iştirak etdiyi bilik yarışında məktəblilər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Şagirdlərə təqdim olunan tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə 3 saat vaxt verilib.

İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək onlayn müsabiqədə iştirak ediblər.

Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək elan ediləcək.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi