Yuxarı

Rektor: "TV-lərə çıxan gənclər arasında saqqal saxlayanların sayı çoxdur"

Media və televiziyanın cəmiyyətə təsiri müsbət istiqamətdə olmalıdır

Bakı. 22 dekabr. REPORT.AZ/ "Nəzər yetirsək görərik ki, bu gün Azərbaycanda real iqtisadiyyatda çalışanların sayı azalıb. Bu gün aqronom, mühəndis sahələrini seçənlərin sayında azalma müşahidə olunur. Gənclərin bu ixtisaslara və peşə təhsillərinə marağını artırmaq üçün maarifləndirmə işlərini gücləndirmək lazımdır". "Report" xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Media və təhsil dialoqu” mövzusunda keçirilən praktik konfransdakı çıxışında deyib.

Rektor qeyd edib ki, bu gün televiziyalara çıxan gənclər arasında saqqal saxlayanların sayı çoxdur: "İndiki cavanlarımız da məhz onlara oxşamaq istəyirlər. Buna görə də media və televiziyanın cəmiyyətə təsiri müsbət istiqamətdə olmalıdır. Çünki cəmiyyətdə unikal imkanlar yaradılıb və bunu qorumaq lazımdır. Bunu qorumaq üçün də mətbuatın üzərinə ciddi vəzifə düşür".

Bu gün universitet səviyyəsində peşə məktəblərinin lazımlı olduğunu deyən rektor əlavə edib ki, ali məktəbi bitirən tələbənin "hərəsinə bir diplom verməklə" iş bitmir: "Qeyd edim ki, orta məktəbi hər il 110 min nəfər bitirir və ali məktəbə 36 min nəfər qəbul olur. Bəs, yerdə qalanları nə edir? Bax bu, əsas məsələdir. Buna görə də məsələ ətrafında ciddi düşünmək lazımdır. Çünki təhsilin sosial vəziyyəti çox vacibdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi