Rektor Sumqayıt Texnologiya Data Mərkəzində olub

Rektor Sumqayıt Texnologiya Data Mərkəzində olub Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Sumqayıt Texnologiya Data Mərkəzi MMC-də olub.
Elm və təhsil
22 May , 2020 11:19
Rektor Sumqayıt Texnologiya Data Mərkəzində olub

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-də olub.

Universitetdən "Report"a verilən məlumata görə, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və STDM-in direktoru Elvin Aslanov əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib. Söhbət zamanı hazırda AzTU-da qurulan labaratoriya və təlim mərkəzinin fəaliyyətinin təşkili, eləcə də blockchain texnologiyası, elektronika, biotibbi texnologiya, müasir soyutma sistemləri üzrə tədrisin yenidən qurulması və bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi