Yuxarı

Rektor Elmar Qasımov: “Təhsil sistemi dünyəvi olmalıdır”

“Heç bir ali məktəb dini cərəyanlara qoşula bilməz və dini sektaların fəaliyyətinə qəti yol vermək olmaz”

Bakı. 22 iyul. REPORT.AZ/ “Heç bir təhsil sistemi, heç bir ali məktəb dini cərəyanlara qoşula bilməz”.

“Report”un xəbərinə görə, bunu Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilmiş Qafqaz Universitetində keçirilən tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov deyib.

O bildirib ki, dini sektaların fəaliyyətinə qəti yol vermək olmaz: “Təhsil sistemi dünyəvi olmalıdır”.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi